Saat:00:05
Haqqımızda

"Azərbaycanın dövlət büdcəsindən yüksək asılılığı olmayan bölgəsi yoxdur" - RÖVŞƏN AĞAYEV

2022-12-08 14:28:00

"Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, bütün bölgələrin mərkəzi büdcədən asılılığı aşağı-yuxarı eyni səviyyədədir"

"Naxçıvan Muxtar Respublikasının mərkəzi büdcədən böyük həcmdə dotasiya alması son günlərin ən çox müzakirə olunan mövuzlarından biridir. Bu reallıqdır, faktlar da bunu deyir". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.

İqtisadçı ekspertin sözlərinə görə, bir reallıq da odur ki, hər nə qədər hökumətin "cəmi 8 rayon büdcədən vəsait alır, yerdə qalan bütün rayonlar özünü maliyyəşdirə biləcək səviyyəyə çatıb" deməsinə baxmayaraq, Azərbaycanın dövlət büdcəsindən yüksək asılılığı olmayan bölgəsi yoxdur: "Məsələ hüquqi və metdoloji yanaşma ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, bütün bölgələrin mərkəzi büdcədən asılılığı aşağı-yuxarı eyni səviyyədədir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR