Saat:21:21
Haqqımızda

"Azərbaycanın da Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağrılacaq" - ELXAN ŞAHİNOĞLU

2024-04-17 11:22:47

"Fransa səfirinin nümayişkənarə şəkildə Parisə çağrılması rəsmi Bakını da adekvat addıma məcbur edə bilər"

"Fransanın Azərbaycandakı səfiri Ann Buayonun məsləhətləşmələr üçün ölkəsinə geri çağrılmasını Parisin anti-Azərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək olar. Səfirin Fransa prezidenti Emmanuel Makron tərəfindən qəbul edilməsi bunun əlamətidir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, başda Fransa prezidenti olmaqla bu ölkənin siyasi mərkəzlərinin anti-Azərbaycan siyasəti Fransanın Azərbaycandakı səfirliyinin fəaliyyətini də çətinləşdirmişdi: "Başqa cür olması da çətindir. Fransa səfirinin nümayişkənarə şəkildə Parisə çağrılması rəsmi Bakını da adekvat addıma məcbur edə bilər, yəni Azərbaycanın da Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağrılacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187510