Azərbaycanın cinayət işi açdığı İran generalı – Həqiqətpur kimdir, onu ermənilərlə nə bağlayır?

2022-09-01 14:34:00

Azərbaycanın cinayət işi açdığı İran generalı – Həqiqətpur kimdir, onu ermənilərlə nə bağlayır?

İran mediasının iddiasına görə, Birinci Qarabağ müharibəsində İran generalı Mənsur Həqiqətpur kimi komandirlərin dəstəyi olmasaydı, Ermənistan Bakını da ələ keçirərdi.

Bəs, Mənsur Həqiqətpur kimdir?

Hurriyyet.az-ın məlumatına görə, bununla bağlı politoloq Əziz Əlibəyli deyib ki, Azərbaycanda İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, general Mənsur Həqiqətpurla bağlı cinayət işi qaldırılıb:

“Bu şəxs ölkəmizin ərazisinə daxil olduğu halda həbs ediləcək. İran ordusunun generalı olan Həqiqətpur 1993-cü ildə Azərbaycanda fəaliyyət göstərib. O bizim hərbi hissələrə gedərək Azərbaycana aid hərbi məntəqələrin yerlərini müəyyənləşdirib və gizli şəkildə ermənilərə ötürüb. Bununla bağlı 1994-cü ildə Azərbaycanın Milli Təhlükəsizlik Naziriyində cinayət işi qaldırılıb. Ona görə də Həqiqətpur Azərbaycana gələ bilmir, çünki gəldiyi təqdirdə həbs olunacaq”.

Ekspertin sözlərinə görə, Həqiqətpur o vaxt İranın burada səlahiyyətli hərbi nümayəndəsi olub:

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı, peşəkar kəşfiyyatçıdır.  Həqiqətpur Bakının "8-ci kilometr" ərazisində Naxçıvani küçəsi, ev 38 a, mənzil 36-nı 1992-ci il mayın 27-dən kirayələyib, məlumatları da oradan ötürüb. O vaxt onunla çalışan insanların izahatları da var, xeyli fakt toplanıb. Onların arasında Azərbaycanın bəzi regionundan, o cümlədən Nardarandan olanlar da yer alırdı. Həqiqətpur onları özü ilə İrana aparıb, gətirirmiş. Həmin şəxslər özləri də etiraf edirlər ki, o vaxt Həqiqətpurun dəstəsi İranda onlara təlim keçəndə ermənilər də iştirakçı olublar. Təlimlər isə Azərbaycana qarşı təxribatlar həyata keçirməkdən ibarət olub”.

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059038