Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ – VİDEO

2022-07-01 19:25:00

Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ – VİDEO

 

Zaqatalaya yad cisim düşüb.

Hurriyyet.az bildirir ki, bu barədə Lent.az-a rayonun Uzuntala kənd sakini Nəriman Nuriyev məlumat verib.

Onun sözlərinə görə, ötən gün saat 16 radələrində Katex çayının kənarında balıq tutarkən havadan qəribə uğultu səsi eşidib. Dərhal sonra isə meşəlik əraziyə nə isə düşüb. Həmin əraziyə gedən Nəriman oradan isti daş parçası tapıb.

Nəriman Nuriyev bu barədə Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Uzuntala kəndi üzrə icra nümayəndəsi Sona Xasıyevaya məlumat verib. Nümayəndəlik də öz növbəsində hadisə ilə bağlı rayon rəhbərliyini məlumatlandırıb.

Düşən yad cisimlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.080916