Azərbaycanın bu əraziləri əsas seysmoloji həssas nöqtələr sayılır (VİDEO)

2023-02-14 23:54:00

Azərbaycanın bu əraziləri əsas seysmoloji həssas nöqtələr sayılır (VİDEO)

"Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəyə qədər olan ərazi əsas seysmoloji həssas nöqtələr sayılır”.

Hurriyyet.Az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli "Xəzər Xəbər”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bütün ərazisi seysmik cəhətdən aktiv zonadır və zəlzələ ocaqlarının sayı çoxdur.

Seysmoloq deyib ki, Bakıya yaxın olan ən güclü zəlzələ ocaqları Xəzər dənizində - Abşerondan cənubda 50-60 km aralıda yerləşir.

Bakıda zəlzələ baş verməsə də, Xəzər dənizində baş verən yeraltı təkanlar paytaxtda hiss edilə bilər.

Daha ətraflı videomaterialda:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.177791