AZƏRBAYCANDIR EVİMİZ!

2023-01-12 16:02:00

AZƏRBAYCANDIR EVİMİZ!

Sovet dövründən bizə, Azərbaycanımıza qalan  fabrikləri, zavodları, stadionları, klubları, kitabxanaları, baxçaları necə istifadə etdik? Bu suala “şiferinə, taxtasına, betonuna kimi daşıdıq, evimiz sandıgımızın darvazasından içəri gözümüzə dəyən nə var idisə”, - deyə cavab verə bilərik.

Yol nişanlarını kiminsə həyətində çəpər əvəzi gördükdə təəcüblənməzdi heç kim, hətta buna irad bildirənə birtəhər baxırdılar. Əlimizə keçən aftafanı, evimizə gələn qazın turbasını, işıgımızın məftillərinə kimi İrana satırdıq. Kəsəsi, əlimizdə, evimizdə, küçəmizdə olan hər şeyi qurban verməyə hazır olanlar çox idi aramızda, bir-iki “Xomeyninin başına”. Meşələrimizin qırılması, aylarla işıqsız oturmagımız, məscidlərimizdə “Allahu-Əkbər, Xomeyni rəhbər!”, - deyib sinə vuran günlərimiz başladı, gördüyümüz işlərin bəhrəsi olaraq. 

Yadımdadır, bütün bunları elə edirdik ki, elə bil düşmən malıydı. Belə olduqda düşmən də gəlirdi ki, malına sahib çıxsın...  Cənubdan, şimaldan, qərbdən, hətta şərqdən bu böşluqdan istifadə edərək, sanki Xəzər dənizi də o vaxtlar sahildəki torpaqlarımızı zəbt edirdi. Biz bu cür etdikcə Allah da sanki bizdən üz döndərirdi.

Qarabagda baş verən faciələr, erməni işgalı, kasıbçılıq, didərginlik, dərd-bəla bir-birini əvəz edirdi. İşgal olunmuş torpaqlarımızı xarabalıga çevirməyi də, elə bil erməni bəzilərimizdən öyrənmişdi.

Nikolayamı nəhlət edim, Leninəmi, bilmirəm, amma bizim aramızda bu qədər oğruların, satqınların olmasna səbəb təkcə onlardı? Bəlkə Nikolayın əcdadına, çərşənbə günündə durnalarla məktub göndərən, millətini yada satan şair, vəzir babamız oldu, ilk təbb qaynagımız?!

Bəlkə Cavidi, Cavadı, Muşviqi böyük iştahla, ucuz qiymətə Stalin adlı əzrailin qucagına atanlardan oyrəndik satqınlıgı? Onlar da bizim babalarımız idi, axı!

Bəlkə də əcdadlarımızı düzgün tanıtmayıblar bizə?!

70 il millətlər toplumunu Avropadan, Asiyadan, ümumiyyətlə dünyadan ayırıb, “çtz” ilə yer kürəsinin oxunun əksinə çəkən rəngi bizə oxşamayan Leninə də biz baba deyərdik, axı!

Bircə onu bilirəmki üstündən zaman keçməyinə baxmayaraq hələ də biz yalanı həqiqətdən ayırmagı öyrənə bilməmişik. 30 ildir ki, boynumuzu sıxan bir qolun adını kapitalizim deyə yeritdilər bizə, sən demə, kapitalist qoltugu arasında başqaları bu qədər sıxılmırmış.

İndi-indi öyrənirik ki, monopoliya, dərəbəylik, “burda mənəm, Bagdadda kor xəlifə” imiş nəfəsimizi kəsən bu zəhrimarın adı. Bütün bu yalanları, oğurluqları, yalançı adları görüb də, içimizdən bir millətin gücü çata bilmədiyi işi üstələyən Mübariz adlı bir qəhrəman çıxdı. Həqiqəti yazaraq getdi haqq bilinən məkana.

Adı yalançı generallarla, əqidəsi sınıqlarla çəkilməsin deyə, daima əsgərin yanında olmağı, onunla bir səngərdə keşik çəkib içimizdəki, qarşısındakı düşmənin dik gözünə baxaraq, şəhadətə ucalmağı üstün tutan sınmayan generalımızın, yalanlardan qaçmağı səbəb olmadımı, vətən müharibəsinə qalxmağımıza?! Ən say-seçmə oğullarımızın torpağımızı azad edib, bizdən ayrılarkən saylarının çox olmasına səbəb də içimizdəki xainliyimiz, özümüzə yalan danışan, sirrimizi evimizin çölünə daşıyan, əli əsgərimizin qanına batanlarımız olmadımı?!

44 günlük müharibədən sonra dəyişiləcəyimizi sanırdım. Yanılmışam məgər. Yenə də oğurluq, daha yekəsindən, yenə də satqınlıq, daha iyrəncindən, yenə də yalanlar, daha uzunundan.

Görən biz hələ nə qədər və necə mübarizə aparmalıyıq ki, döyüşsüz, davasız-şavasız gələk Allahın yoluna!

ŞAMİL


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.277389