Saat:03:36
Haqqımızda

Azərbaycandan xaricə 2,4 min diri at satılıb – 300 manatdan...

2024-02-05 14:42:22

Azərbaycandan xaricə 2,4 min diri at satılıb – 300 manatdan...

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xarici ölkələrə 2 min 388 baş diri at satıb.

Hurriyyet.az xəbər verir ki, yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə at ixracı azalıb. Belə ki, 2022-ci ilin ilk 11 ayında Azərbaycandan xaricə 3 min 4 baş at satılıb.

Ötən il xaricə satılan bir baş atın orta gömrük dəyəri 181 dollar (308 manat) olub. 2022-ci ildə bir baş atın orta gömrük dəyəri 171 dollar (291 manat) olub.

Məlumat üçün qeyd edək ki, atların böyük əksəriyyəti – 2 min 54 başı Qazaxıstana satılıb. Qazaxıstana satılan bir baş atın orta gömrük dəyəri 164 dollar (285 manat) olub.

Bundan başqa 231 at Özbəkistana, 50 at Türkiyəyə, 45 at Qırğızıstana, 4 at Gürcüstana, 4 at isə Rusiyaya satılıb.

Onu da bildirək ki, Azərbaycan ötən ilin eyni dövründə xaricdən 58 baş at idxal edib. İdxal olunan bir baş atın orta gömrük dəyəri 1229 dollar (2 090 manat) olub.

Diri atların 26-ı Türkiyədən, 20-si Argentinadan, 9-u Rusiyadan, 3-ü isə Latviyadan gətirilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.193638