Azərbaycandan Rusiyaya toyuq yumurtasının tədarükü 4,2 milyon ədədə çatıb
2024-01-25 22:19:11
Azərbaycandan Rusiyaya 612 min ədəd ərzaq yumurtasının daha iki partiyası idxal edilib.
Hurriyyet.Az "TASS"a istinadən xəbər verir ki, ümumilikdə, Rusiya Federasiyası bu ölkədən 4,2 milyon ədəd yumurta alıb.
“Yanvarın 25-də Rusiyaya sonrakı satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində iki partiya ərzaq yumurtası gətirilib, Azərbaycandan Rusiyaya 4,2 milyon ədəd idxal edilib”, - mesajda deyilir.