“Azərbaycandan gedirəm. Alın... başınıza çırpın!" deyən Nahidədən gözlənilməz ADDIM

2022-04-27 19:38:00

“Azərbaycandan gedirəm. Alın... başınıza çırpın!

Xəbər verdiyimiz kimi, ötən gün paylaşdığı postla böyük səs-küyə səbəb olan müğənni Nahidə Babaşlı "İnstagram" profilində dəyişiklik edib. 

İti Köpük öldükdən sonra post paylaşaraq Azərbaycanı tərk edəcəyini açıqlayan gənc müğənni sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. O, bunun ardından "İnstagram" profilində dəyişiklik edərək bütün əlaqə kontaklarını silib. 

Onun hansı səbəbdən bunu etməsi məlum deyil. 

Qeyd edək ki,  sevilən müğənni iti öldükdən sonra profilində qəzəbli paylaşım etmişdi: "Qəza Bakıda oldu, maşın vurdu və qaçdı. Hələ də hadisənin şokundayam. Bilet aldım, bir neçə saat sonra bu ölkədən gedirəm. Ümidim bir də qayıtmamaqdır. Alın mədəniyyətinizi də, mentalitetinizi də, sevginizi də, hörmətinizi də başınıza çırpın!”.

O bu paylaşımı da daha sonra səhifəsindən silmişdi. 

 

 

AZXEBER.COM 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya