Saat:04:49
Haqqımızda

Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...

2024-05-07 15:15:08

Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...

Bu gün insan hüquqları dünyada beynəlxalq hüququn prinsipi deyil. Ayrı-ayrı dövlətlər digər dövlətlərə qarşı öz məkrli niyyətlərini həyata keçirmək üçün bunu alətə çevirib. İnsan hüquqları ilə bağlı bu və ya digər formada Azərbaycan haqqında qərarlar qəbul edilir, sanksiyalar tətbiq edilməsi təklif edilir. Bu gün Azərbaycan dövlətçiliyinə ləyaqətlə xidmət göstərən insanlara qarşı sanksiya tətbiq edilməsi tələb olunur. O insanlara qarşı bu addımlar atılır ki, onlar Şuşanın alınmasında canıyla, qanıyla iştirak ediblər. Ermənilərin intiqamını onlardan indi də belə almağa çalışırlar.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Azərbaycanı xəritədə tapa bilməyən Amerika konqresmeni, Fransada anasını, atasını tanımayan deputatlar Azərbaycanda hansısa hakimlərin adını tanıyır, onlara sanksiya tətbiq edilməsini tələb edir. Bu gün Azərbaycandan donos verən antimilli şura üzvləri, tiktoker Əli Kərimli özlərinin toyuq oğrularını siyasi məhbus kimi sırımağa çalışırlar. Yaxud xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə, Ordusuna qarayaxma ilə məşğuldur. Azərbaycan yeganə ölkədir ki, 700 jurnalistə ev tikib verib. Hansı ölkə nümunəsində bunu göstərmək olar?! Hamıdan tələb olunan qanuna riayət etməsidir. Qanun hamı üçün bərabərdir. Milli Məclis də ardıcıl şəkildə öz bəyanatlarını verib. Biz dünyada bunları ifşa etməliyik”, - o vurğulayıb.

axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000187