Azərbaycandakı yanğınlarda hansı ölkə maraqlıdır? - Deputatdan ilginc açıqlama

2022-09-06 14:18:00

Azərbaycandakı yanğınlarda hansı ölkə maraqlıdır? - Deputatdan ilginc açıqlama

“Azərbaycan meşələrində yanğınların çoxalması hamımızı narahat edir. Burada insan faktorunun olması isə mütləqdir”.

Bu fikirləri Azərbaycandakı meşə yanğınları haqda danışaran millət vəkili Cavanşir Paşazadə deyib.

Millət vəkili qeyd edib ki, yanğınların ölkəmizə qarşı təxribat olması fikirləri əsassız olmaya bilər, araşdırılmaldır:

“İnsanların yay aylarında istirahət üçün meşələrə üz tutması və oradakı səhlənkar davranışlar yanğınların çoxalmasına səbəb olub. Digər tərəfdən, yanğınların ölkəmizə qarşı təxribat olduğu barədə fikirlər də əsassız olmaya bilər. Bu iddiaların hər biri araşdırılmaldır. Çünki Azərbaycanın apardığı uğurlu siyasəti istəməyən tərəflər mövcuddur. Sapı bizdən olan baltalar xarici ölkələrdə oturub Azərbaycanın apardığı siyasətə qarşı çıxırlar. Onların tör-töküntüləri və burada olan qəlbi qara insanlar da buna səbəb ola bilər. Onlar ölkəmizin gücünə, qüdrətinə kölgə salmağa çalışır. Məsələ burasındadır ki, cənab Prezident verdiyi sözlərin hər birini böyük uğurla yerinə yetirib. Ermənistanın imzaladığı kapituliyasiya aktının bəndləri i yerinə yetirilməkdədir. Bəzi düşmən qüvvələrin gözü bunu götürmür və təxribata əl atırlar. Lakin onların hər birinin təxribat cəhdi iflasa uğrayacaq".

C.Paşazadə bildirib ki, aidiyyatı strukturlar bu məsələ ilə bağlı həssas davranır: "Yanğınla mübarizə üçün çox geniş texniki imkanlarımız var. Hətta müxtəlif vaxtlarda qardaş Türkiyədəki yanğınların söndürülməsinə də kömək etmişik. Meşələrin və təbiətin qorunmasında hamımız iştirak etməliyik”.

Bakupost.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060192