Saat:17:19
Haqqımızda

"Azərbaycanda Z nəslinin cəmiyyətdə iştirakının işartısına da rast gəlmək mümkün deyil" - XAQANİ CƏFƏRLİ

2021-12-01 13:59:00

"Gənclər və İdman Nazirliyinin rəhbərliyinə son təyinatlar Azərbayanın Z nəslinin cəmiyyətdəki rolunun artırılması düşüncəsindən nə qədər uzaq olduğunu göstərir"

"Almaniyanın yeni hökumətini quran üç partiyanın 59 günlük müzakirələrdən sonra razılaşdırdığı koalisiya sazişinin ən önəmli maddələrindən biri yaşı 25-dən az olan (Z nəsli) Rusiya vətəndaşlarının Almaniyaya vizasız girişinə nail olmaqdır. Belarus və Ukraynanın Z nəslinin Avropaya intiqrasiyası üçün çoxsaylı proqramlar mövcuddur". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq qeyd edib ki, gələcəyini düşünən ölkələr Z nəslinin cəmiyyətdəki iştirakını sürətlə artırmağa çalışır: "Bunun üçün Almaniyanın yeni hökuməti seçki hüququnun 18 yaşdan 16-ya düşürülməsini də proqramına daxil edib. Azərbaycanda bütün bunların işartısına da rast gəlmək mümkün deyil. Gənclər və İdman Nazirliyinin rəhbərliyinə son təyinatlar Azərbayanın Z nəslinin cəmiyyətdəki rolunun artırılması düşüncəsindən nə qədər uzaq olduğunu göstərir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR