Saat:20:42
Haqqımızda

Azərbaycanda yüksək rütbəli sabiq məmur vəfat etdi

2025-03-18 09:41:42

Azərbaycanda yüksək rütbəli sabiq məmur vəfat etdi

Prezidentin İşlər İdarəsinin avtomobil sektorunun sabiq müdiri İsmayıl Ələkbərov vəfat edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, İ.Ələkbərov 74 yaşında xəstəlikdən dünyasını dəyişib.

Xatırladaq ki, İsmayıl Qurban oğlu Ələkbərov 12 noyabr 1951-ci ildə Tovuz rayonunda anadan olub. O, uzun illər Xüsusi Dövlət Mühafizə Xidmətində çalışıb və polkovnik rütbəsinə qədər yüksəlib. 2014-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 2015-ci ildə ehtiyata buraxılıb. Daha sonra Prezidentin İşlər İdarəsində işləməyə başlayıb. Burada avtomobil sektorunun müdiri vəzifəsini icra edib və 2024-cü ilin yanvar ayında işdən çıxıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000087