Azərbaycanda yeni xidmət: Qəbirlərə baxım... - QİYMƏTLƏR

2022-05-07 10:19:00

Azərbaycanda yeni xidmət: Qəbirlərə baxım... - QİYMƏTLƏR

Bakıda yerləşən qəbiristanlıqlardan birində bəzi məzarlar illərdir ki, baxımsız vəziyyətdədir.

Hurriyyet.az xezerxeber.az-a istinadən bildirir ki, əraziyə atılan tullantılar isə ətrafda natəmizlik yaradıb.

Çəkiliş apardığımız zaman elə qəbirlərə rast gəldik ki, illərdir onun ziyarət edilmədiyi bəlli idi.

Yeri gəlmişkən, öz yaxınlarının məzarlarını ziyarət edə, təmizləyə bilməyənlər üçün artıq elan saytlarında ödəniş qarşılığında özəl şirkətlər tərəfindən məzarlara baxım xidməti təklif edilir. Şirkət tərəfindən məzarların təmizliyi və ətrafına çiçək əkimi də həyata keçirilir.

İnsanlar belə bir xidmətin yaradılmasını müsbət qarşıladıqlarını deyirlər.

Amma qanunvericiliyə əsasən, qəbiristanlıqların baxımı və idarəçiliyi yerli bələdiyyələrin tabeliyindədir.

Bununla belə, millət vəkili Azər Badamov hesab edir ki, qanun qəbiristanlıqlarda özəl xidmətləri qadağan etmir.

Qeyd edək ki, məzarlıqlara baxım xidmətləri aylıq və illik paket formasında insanlara təklif edilir. Aylıq paketlərin qiyməti 30-40 manat, illik paketlərin qiymətləri isə 300-400 manat təşkil edir.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya