Azərbaycanda yayılan virusla bağlı rəsmi AÇIQLAMA

2023-01-06 12:39:00

Azərbaycanda yayılan virusla bağlı rəsmi AÇIQLAMA

Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.

Hurriyyet.az "trend.az" a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. 

O qeyd edib ki qış aylarında sadəcə koronavirus deyil eyni zamanda artıq Avropada da geniş yayılmaqda olan qrip virusu da özünü göstərir. 

 

"Qripə yoluxan insanlarla COVID-19-a yoluxan insanların sayı eyni nisbətdə görülür. Təbii ki, Azərbaycanda da qızdırma, öskürək, ümumi halsızlqla bağlı şikayətlər qış aylarıdna artmağa başlayır və sürətlə yaılır. Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir. 

İstənilən halda koronovirusa da qripə qarşıda profilaktik tədbirlər və müalicə eynidir. Sadəcə sağlam qidalanaraq, mövsümə uyğun geyinərək,zamanında peyvənd olunaraq virusdan qoruna bilərik. Artıq yoluxan insanlar isə gərəksiz antibiotik və qrip əleyhinə dərmanlardan uzaq durmalıldır", - deyə V. Əliyev əlavə edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.227669