Saat:13:43
Haqqımızda

Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı inanılmaz iddia

2024-08-21 13:18:12

Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı inanılmaz iddia

Yanacaq qiymətlərinin bahalaşmasından sonra, sürücülər arasında qəribə və bir o qədər də maraqlı fikir formalaşıb. Avtomobil sahiblərinin əksəriyyəti qiymət artımından sonra, yanacaqların əvvəlki kimi yürüş məsafəsi təmin etmədiyini iddia edir. Onların fikrincə, məsələn, əvvəllər tam doldurulmuş yanacaq çəni ilə 500-600 kilometr yol qət etdikləri halda, indi bu göstərici ən az 100 kilometr azalıb. 

Bəs bu iddiaların əsası varmı? 

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, qiymət artımından sonra yanacaq keyfiyyətinin azalması real görünmür: 

“Qiymət artımları zamanı yanacağın keyfiyyəti əsas müzakirə mövzularından biri olur. Bu bəzən ola bilər ki, həqiqətən yanacağın keyfiyyətində özünü göstərsin, ancaq əksər hallarda başqa səbəblərlə bağlı olur. Ola bilsin ki, nəqliyyat vasitəsinin mühərrik sistemində və detallarında problem meydana gəlir və bu yanacaq sərfiyyatına mənfi təsir göstərir. Digər tərəfdən, bunun psixoloji tərəfləri də var. Misal üçün, əvvəl yanacaq çəninə hansısa məbləğ müqabilində müəyyən miqdar yanacaq gedirdirsə, qiymətlər qalxdıqdan sonra həmin həcm aşağı düşür”. 

Ekspertin fikrincə, bu məsələdə digər fərqli nüanslar da nəzərə alınmalıdır:

“Faktiki olaraq, yanacağın qiyməti bahalaşan zaman keyfiyyətə təsir etməsi demək olar ki, mümkünsüzdür. Yanacaq qiymətlərini Tarif Şurası, onun keyfiyyətini isə SOCAR-ın aidiyyəti qurumları təyin edir. Yəni hər iki sahə ilə məşğul olan qurumlar tamam fərqlidir. Ümumən bu məsələdə nəqliyyat vasitəsinin sazlığı, mühərrikin yanacaq sərfiyyatında dəyişiklik və digər nüanslar nəzərə alınmalıdır. Çünki bütün bu faktorlar bir-biri ilə zəncirvari bağlıdır. Ona görə də, bütün sadalanan amillərə diqqət yetirmək lazımdır”. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.252535