Saat:08:22
Haqqımızda

"Azərbaycanda vəziyyət acınacaqlıdır: hər kəsin evini əlindən ala bilərlər" - Ekspert danışır

2022-07-05 10:07:00

Mütəxəssislərin fikrincə, böhran zamanlarında bəzi sahələr var ki, qorxu atmosferində həmin sahələrə investisiya qoymaq uğurlu ola bilər. Bəs Azərbaycanda hansı sahə investisiya üçün uğurludur?\

Hurriyyet.az-ın məlumatına görə, iqtisadçı-hüquqşünas Əkrəm Həsənov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, ümumiyyətlə, Azərbaycan investisiya üçün uğurlu yer deyil. Çünkü investisiya üçün ölkədə bazar iqtisadiyatı üçün tam şərait olmalıdır: “Bazar iqtisadiyatının 3 əsas sütünu var. Birincisi mülkiyyətin müdafiəsi, qorunmasıdır. İkinci öhdəliklərin, ilk növbədə bağlanılan müqavilələrin icrasıdır. Üçüncüsü isə, sağlam rəqabətin olmasıdır. Son nəticədə bu sütunların üçü də bir yerə bağlıdır. Bu da qanunun aliliyi, müstəqil, savadlı, ədalətli məhkəmə hüquq sistemidir”.

“Bunların səviyyəsi çox zəifdir. Azərbaycanda mülkiyyətin müdafiəsi acınacaqlıdır. Nəinki sahibkarın, adi vətəndaşın evini gəlib əlindən ala bilərlər. Təkcə dövlət yox, məəslən hər hansı tikinti şirkəti gəlir ki, mən icazə almışam ev tikəcəyəm vəssalam. Məhkəmələrdə təbii ki, mülkiyət hüququnu təəssüf ki, qorumur, müdafiə etmir. Öhdəliklərin icrası - yəni müqavilələri pozmaq Azərbaycanda adi bir haldır. Hamı da bilir ki, kim daha çox pul verəcəksə, onun da xeyirinə qərar çıxacaq. Yəni bu baxımdan, buna görə də kimsə müqavilə bağlayanda əminlik hissi olmur. Üçüncü də sağlam rəqabət yoxdur” - deyə ekspert bildirib. Onun sözlərinə görə, Azərbaycanda əsasən məmurların biznesi hökm sürür.

“Dövlət satınalmalarında bir qayda olaraq biabırçılıqdı. Orada inhisarçılıq var. Sağlam rəqabət yoxdur. Məhkəmələr də bu haqları qorumur. Yəni Azərbaycanda təəssüf ki, acınaqlı vəziyyətdir. Məhkəmə qərarlarının da vahid təcrübəsi yoxdur. Yəni eyni işlərə, eyni tipli işlərə məhkəmələr tam müxtəlif cür baxırlar. Məhkəmə qərarları son illərdə dərc olunsa belə, axtarış sistemi yoxdur. Azərbaycanda bu problemlər çox ciddidir” - deyən ekspert bildirir ki, qanunçuluq olmayan yerdə dövlət orqanları da özbaşınalıq edirlər. Gömrükdə, vergidə problemlər çıxır. Onun sözlərinə görə, nisbətən kənd təsərrüfatı sahəsi Azərbaycanda investitsiya üçün yaxşıdır ki, vergidən azad olmaq olar. Amma yenə də istənən halda kənd təsərrüfatı ilə məşğul olmaq üçün gərək torpaq sahən olsun. Yenə də mülkiyyətin qorunmursa bu çətin məsələdir.

“Azərbaycanda şəxsən mən bir vəkil olaraq məhkəmə işlərində görürəm. Mənimlə insanlar biznes məsələləri üzrə məsləhətləşəndə mən deyirəm ki, bu sahə Azərbaycanda problemdir. Yəni yüz ölçüb, bir biçmək lazımdır”,- deyə iqtisadçı əlavə edib.Dia.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR