Azərbaycanda vəzifəli şəxs özünü asdı - ÖZƏL

2022-05-11 11:06:00

Azərbaycanda vəzifəli şəxs özünü asdı - ÖZƏL

Beyləqanda intihar hadisəsi olub.

Hurriyyet.az Lent.az-a istinadən xəbər verir ki, hadisə mayın 10-u şəhər ərazisində qeydə alınıb. 57 yaşlı Mirzəyev Natiq Hümmət oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq, həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etməsi hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Mirzəyev Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Xidmətlər Agentliyinin Beyləqan Laboratoriya Ekspertiza Mərkəzinin mikrobioloji və baktereoloji şöbəsinin müdiridir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya