Azərbaycanda universitet MMC-yə çevrildi
2024-01-26 21:20:50

Xəzər Universiteti təşkilati-hüquqi formasını dəyişdirib.
Universitetdən verilən məlumata görə, təhsil müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.
Xatırladaq ki, Xəzər Universiteti 1991-ci il martın 18-də yaradılıb. Universitet Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə səkkiz kampus və 13 binada fəaliyyət göstərir.
