Saat:16:34
Haqqımızda

Azərbaycanda Türkiyə dedikdə ağıla ilk nə gəlir? - MARAQLI SORĞU

2023-10-27 20:20:20

Azərbaycanda Türkiyə dedikdə ağıla ilk nə gəlir? - MARAQLI SORĞU

Türkiyənin "Areda Survey" araşdırma şirkəti Türkiyə-Azərbaycan vətəndaşları arasında eyni vaxtda sorğu keçirib.

Hurriyyet.Az TurkicWorld-ə istinadən xəbər verir ki, sorğu 26 sentyabr - 4 oktyabr 2023-cü il tarixlərində həyata keçirilib.

Şirkətin araşdırması azərbaycanlıların Türkiyəyə sevgi və marağını bir daha sübut edib. Araşdırmalara görə, azərbaycanlılar Türkiyəni ən çox kabab, "Kurtlar Vadisi", "Qalatasaray" və Hande Erçellə eyniləşdirirlər.

Sorğunun nəticələrini təqdim edirik:

Birinci yeri Hande Erçel və Çağatay Ulusoy paylaşıblar. Azərbaycanda yaşayan insanlara Türkiyədə izlədikləri aktual mövzular haqqında soruşulub və alınan cavablar arasında 43,6 faizlə Televiziya Serialları/Film seçimi birinci olub. Serial/film dedikdə isə ağıla ilk olaraq populyar aktyor sualı gəlir. Azərbaycan vətəndaşları "Türkiyədə hansı aktyorla qəhvə içmək istərdiniz?" sualına çox diqqətçəkən cavablar veriblər.
İştirakçıların 15,1 faizi aktrisa kimi Hande Erçeli, 14 faizi isə Fahriye Evceni seçib. Üçüncü yerdə isə 12,9 faizlə Məryəm Üzərli olub.

Digər aktrisalar isə sırasıyla; 9,7 faiz ilə Beren Saat, 8,6 faiz ilə Bergüzar Korel, 8,6 ilə faiz ilə Tuba Büyüküstün, 5,4 faiz ilə Neslihan Atagül, 5,4 faiz ilə Pınar Deniz, 4,3 faiz ilə Afra Saraçoğlu, 4,3 faiz ilə Dilan Çiçək Dəniz, 3,2 faiz ilə Elçin Sanqu, 3,2 faiz ilə Farah Zeynep Abdullah, 2,2 faiz ilə Cansu Dere, 1,1 faiz ilə Melis Sezen, son olaraq 1,1 faiz ilə Demet Özdemir.

Azərbaycan vətəndaşlarının kişi aktyor sıralaması da kifayət qədər təəccüblüdür. Araşdırmaya görə, Çağatay Ulusoy 16,3 faizlə birinci yerdədir. İkinci yeri 15,2 faizlə Kıvanç Tatlıtuğ və Kənan İmirzalıoğlu bölüşür.

Digər kişi aktyorlar sırasıyla; 9,8 faiz ilə Burak Özçivit, 6,5 faiz ilə Haluk Bilginer, 6,5 faiz ilə Halit Ergenç, 6,5 faiz ilə Barış Arduç, 4,3 faiz ilə Alperen Duymaz, 3,3 faiz ilə Mert Ramazan Demir, 3,3 faiz ilə Kerem Bürsin, 3,3 faiz ilə Mert Yazıcıoğlu, 2,2 faiz ilə Engin Akyürek, 2,2 faiz ilə Aras Bulut İynəmli , 2,2 faiz ilə Aykut Elmas, 2,2 faiz ilə Necati Şaşmaz, son olaraq 1,1 faiz ilə Mehmet Günsürdür.

Ən çox Kurtlar Vadisi izlənilib

Araşdırma qrupunu maraqlandıran məsələlərdən biri də Azərbaycanın Türkiyə teleseriallarına üstünlük verməsi olub."Türkiyənin hansı serialına baxırsınız/baxmısınız?" sualına verilən cavablarda Kurtlar Vadisi 37,1 faizlə birinci olub. İkinci yerdə isə 13,7 faizlə "Muhteşem Yüz Yıl" seçilib. Üçüncüsü isə 12,1 faizlə "Yaprak Dökümü" olub.

Digər izlənilən seriallar; 6,5 faiz ilə "Aşkı-Memnu", 4,8 faiz ilə "Söz", 4,8 faiz ilə "Çukur", 4 faiz ilə "Kara Sevda", 3,2 faiz ilə "Diriliş Ərtoğrul", 2,4 faiz ilə "Seksenler", 2,4 faiz ilə "Güneşin Kızları", 2,4 faiz ilə "Kırmızı Oda", 1,6 faiz ilə "Arka Sokaklar", 1,6 faiz ilə "Mucize Doktor", 0,8 faiz ilə "Ezel", 0,8 faiz ilə "Payitaht Abdulhamid" olub.

Böyük əksəriyyət "Qalatasaray" futbol klubunu dəstəkləyir

Araşdırmada "Türkiyədə hansı komandaya azarkeşlik edirsiniz?" sualına yüzdə 56 faizlik böyük bir hissə "Qalatasaray" cavabı verərkən, 20 faiz çoxluq "Fənərbaxça" cavabını verib. "Beşiktaş" futbol klubu isə 16 faizlə Azərbaycan xalqının üçüncü seçimi olaraq qeyd edilib.

Hər iki ölkə, "Qardaşlıq və Dostluq" deyir

Sorğu iştirakçılarına Azərbaycanda "Türkiyə deyəndə ağlınıza gələn ilk 3 şey?" sualı verilib. Alınan cavablar arasında Qardaşlıq-Dostluq 55,1 faizlə birinci olub. İstanbul 15,2 faizlə ikinci, mahnılar isə 8,7 faizlə üçüncü olub.
Türkiyəyə ünvanlanan sualda, Azərbaycanın adı çəkiləndə türk xalqının 32,3 faizi ilk olaraq qardaşlıq və dostluq cavabı verib. İkinci yerdə 18,6 faizlə ləhcə, üçüncü yerdə isə 13,3 faizlə mahnılar qərarlaşıb.

Azərbaycan mətbəxində ən çox sevilən yemək Şah Plovdur

Areda Survey tərəfindən aparılan araşdırmada ən məşhur Türk və Azərbaycan yeməkləri də soruşulub. Azərbaycan yeməkləri arasında Türkiyə vətəndaşlarının ilk seçimi 28,1 faizlə Şah Plov olub. İkinci yerdə 14,1 faizlə dolma, üçüncü yerdə isə 11,1 faizlə düşbərə olub. Bundan əlavə, 9,5 faizlə lülə kabab, 9 faizlə büryan, 6,5 faizlə mürəbbə, 5 faizlə şəkərbura, 4,5 faizlə paxlava, 4 faizlə ləvəngi, 2,5 faizlə piti, 1 faizlə tikə kabab, 0,5 faizlə badımcan ən çox sevilən yeməklər arasında yer alıb.

Türkiyə yeməkləri sıralaması ilə bağlı sorğuda Azərbaycan vətəndaşlarının 26 faizi kabab cavabını verib. İkinci yeri 23,7 faizlə lahmacun tutub. Ən məşhur türk yeməkləri siyahısında üçüncü yeri 13,7 faizlə İskəndər tutub. Sorğuda iştirak edənlərin 10,7 faizi paxlava, 8,4 faizi mantı, 5,3 faizi dönər, 3,8 faizi künefe, 2,3 faizi lokum, 1,5 faizi köftə, 1,5 faizi dolma, 1,5 faizi pide, 0,8 faizi isə kadayıf cavabını verib.

Azərbaycan musiqisi Türkiyədə də dinlənir

Türkiyə və Azərbaycan vətəndaşlarından musiqi seçimləri də soruşulub. Türkiyə vətəndaşlarının 63,5 faizi Azərbaycan musiqisini dinlədiyini bildirib. Azərbaycan vətəndaşlarının 85,5 faizinin türk musiqisini dinlədiyi müşahidə edilib.

Universitet seçimləri haqqında nə demək olar?

Araşdırmalara görə, Azərbaycan vətəndaşlarının 54,3 faizi Türkiyə universitetlərində təhsil almaq istəyir. Türkiyə vətəndaşlarının 51,5 faizi Azərbaycan universitetlərində təhsil almaq istədiyini bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.574842