Saat:09:39
Haqqımızda

Azərbaycanda toyda döyülən müğənninin adı AÇIQLANDI - YENİLƏNDİ

2022-10-14 13:17:00

Azərbaycanda toyda döyülən müğənninin adı AÇIQLANDI - YENİLƏNDİ

Kürdəmirdə döyülən müğənninin kimliyi məlum olub.

Hurriyyet.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, həmin müğənni Nurlan Əliyevdir.

Onun rayon ərazisində müğənni kimi fəaliyyət göstərdiyi bildirilir.

***

Kürdəmirdə toyda müğənni döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə oktyabrın 12-də rayonun Ərəbqubalı kəndində baş verib. Kənddə keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR