Azərbaycanda tələbə vəfat etdi - VİDEO / YENİLƏNDİ

2022-06-15 23:01:00

Azərbaycanda tələbə vəfat etdi - VİDEO / YENİLƏNDİ

UNEC tələbəsinin öldüyü qəza ilə bağlı yeni detallar bəlli olub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, dünən saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində A.Ağayevin idarə etdiyi “Mercedes” və 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadənin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə X.Xəlilzadə və sərnişini Gülbəniz Qaçıyeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./Qafqazinfo/

***

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi yol qəzasında dünyasını dəyişib.

Bu barədə Universitetin İqtisadiyyat fakültəsindən məlumat verilib.

Qeyd olunub ki, İqtisadiyyat və İdarəetmə” fakültəsinin I kurs tələbəsi olan Gülbəniz Qaçıyeva Bakı-Quba yolunda baş vermiş yol qəzasında vəfat edib.

www.yenicag.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya