Azərbaycanda tanınmış jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

2022-08-30 17:43:00

Azərbaycanda tanınmış jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Peşəkar Futbol Liqasında (PFL) struktur və kadr dəyişikliyi davam edir.

Hurriyyet.az PFL-ın saytına istinadən xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən Marketinq qrupu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin tərkibinə verilib.  Tanınmış jurnalist Sənan Abdullayev Peşəkar Futbol Liqasının yeni media və marketinq direktoru təyin olunub.

2005-ci ildə “Futbol+” qəzetində jurnalist kimi fəaliyyətə başlayan S. Abdullayev 2007-ci ildən "Xəzər TV"-də müxbir, aparıcı, idman redaktoru vəzifələrində çalışıb. 2015-ci ilin "Ən yaxşı idman jurnalisti" adına layiq görülmüş Abdullayev 2020-ci il iyulun 22-də Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə KİV nümayəndələrinin mükafatlandırılması barədə sərəncamları çərçivəsində "Tərəqqi" medalı ilə təltif olunub.

Qeyd edək ki, buna qədər PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov texniki-idman direktoru, Zaur Hacı-Məhərrəmov isə icraçı-direktor təyin olunub.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063350