Azərbaycanda sürücü mağazaya maşınla girdi - VİDEO/FOTO

2022-12-02 21:03:00

Azərbaycanda sürücü mağazaya maşınla girdi - VİDEO/FOTO

Xaçmazda “Subaru” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın mağazaya çırpılıb.

Hurriyyet.Az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rəna Hüseynova avtomobili mağazanın qarşısındakı duracaqda saxlamaq istəyərkən idarəetməni itirib. Nəticədə avtomobillə obyektin şüşələrini sındıraraq içəri daxil olub. Həmin vaxt ticarət obyektində satıcı və alıcılar olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Sürücü də qəza zamanı yaralanmayıb.

Avtomobil rəfləri dağıtdığından sahibkara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.133570