Azərbaycanda ŞOK HADİSƏ: 10-a yaxın şagird xəstəxanaya çatdırıldı

2022-04-22 20:04:00

Azərbaycanda ŞOK HADİSƏ: 10-a yaxın şagird xəstəxanaya çatdırıldı

Mingəçevirdə məktəbdə qəfil halı pisləşən 10-na yaxın şagird təcili xəstəxanaya aparılıb.

Hurriyyet.az xəbər verir ki, hadisə 3 saylı orta məktəbdə baş verib.

İlkin məlumata görə, 6-ci sinif şagirdəri arasında dərs zamanı qəfil narahatlıq yaşanıb. Uşaqlarda halsızlıq, bəzilərində isə qusma halları müşahidə olunub.

Hadisənin nədən qaynaqlandığı məlum deyil.

Uşaqlara göstərilən ilkin tibbi yardım sayəsində onların durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır. \\Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya