Saat:12:53
Haqqımızda

Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

2024-05-04 10:05:57

Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

Şəmkir rayonu Mehrili kəndinin sakinləri internetin yoxluğundan şikayətçidirlər. 

Hurriyyet.az xəbər verir ki, AYNA-ya danışan sakinlərin dediklərinə görə, 370 ailənin yaşadığı kənddə heç vaxt ev telefonları və internet olmayıb.

Kənd sakini Famil Mehdixanov bildirir ki, qonşu kəndlər sürətli internetlə təmin olunub, Mehrilidə isə heç bir iş aparılmır: “Kəndimizdə internet yoxdur. Heç vaxt da olmayıb. İndi aşağı kəndlərə çəkiblər, 2 kilometr o yandakı kənddə var, bizdə isə yoxdur. Pandemiya vaxtı internet olmadığından uşaqlar dərslərə qoşula bilmədilər”.

Digər sakin Kamil Əliyev gileylənir ki, vəziyyətdən çıxmaq üçün yalnız mobil internetdən istifadə edirlər: “Mobil internetdən də, cibimizin pulunun getməsinə baxmayaraq, normal istifadə edə bilmirik. Kəndin hər yerində mobil şəbəkə tutmur. Evə girəndə internetlə də, şəbəkə ilə də, əlaqə kəsilir. O gün 30 manatlıq internet yüklədim, heç 14 gün getmədi”.

Camaatın danışdığına görə, hər ailə evdə mobil internetə ay ərzində, orta hesabla 60-70 manat pul xərcləyir. Əvəzində isə normal istifadə edə bilmirlər.

Kənd sakini Müzadil Qurbanov problemlə bağlı rəsmi qurumlara müraciət ünvanlamadıqlarını deyir: “Biz kəndçi adamlarıq, nə bilirik, hara üz turaq, kimə nə deyək. Tanıdığmız təkcə bələdiyyəmiz, kənd icra nümayəndəsidir, sözümüzü onlara deyirik. Bu kəndin, demək olar ki, hər şeyi var. Bir əziyyət çəkdiyimiz internetdir, xahiş edirik, bizim kəndimiz də internetlə təmin olunsun”.

Qonşu kəndlərin “Azeronline” internet provayderi tərəfindən yeni sürətli internetlə təmin olunması Mehrili camaatında da ümid yaradıb. Lakin ərazidə işləyən işçilər tərəfindən onlara bildirilib ki, bu kəndə internet çəkilməsi lahiyədə yoxdur. Buna səbəb kimi isə kəndin çox dağınıq şəkildə yerləşməsi və internet çəkilməsinin rentabelli olmaması göstərilib.

Məsələ ilə bağlı “Azeronline LTD”-nin rəsmisi Səbinə Təvəkkülova AYNA-nın sorğusuna cavab olaraq bildirib ki, Mehrili kəndinin inernetləşməsi 2024-cü il üçün nəzərdə tutulub və sakinlər iyun ayının sonuna kimi internetlə təmin olunacaqlar.

Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229664