Saat:13:21
Haqqımızda

Azərbaycanda şəriət dövləti qurmaq istəyirlər - Keçmiş DTX zabitindən ilginc açıqlamalar

2022-06-17 10:48:00

Azərbaycanda şəriət dövləti qurmaq istəyirlər - Keçmiş DTX zabitindən ilginc açıqlamalar

“Bəzi xarici qüvvələrin əsas məqsədi Azərbaycanda konstitusiya və dünyəvi dövlət quruluşunu dəyişib şəriət dövləti yaratmaqdır”.

Hurriyyet.az xəbər verir ki, bunu Bakupost.az -a təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl deyib.

O, xarici qüvvələrin, müəyyən qruplaşmaların Azərbaycandakı dini duruma təsiri ilə bağlı danışıb:

“Azərbaycanda dini duruma təsirin 2 istiqaməti var. Əsasən, İrandan şiəlik, radikal dindarlıq, Səudiyyə Ərəbistanından vəhhabilik təsirləri gəlir. Digər məzhəblər və qurumların fəaliyyəti mövcud dini vəziyyətə təsir etmə gücünə malik deyil. Amma bu iki qrup kifayət dərəcədə təsir gücünə malikdir. Çox radikal, terrora meyilli dini qruplar yaradılıb. Hər ikisinin son fəaliyyətində əsas məqsəd Azərbaycanda konstitusiya quruluşunu, dünyəvi dövlət quruluşunu dəyişib dini quruluşlu İslam dövləti yaratmaqdır. Bu istiqamətdə 2000-ci illərin əvvəlində terrora meyilllilik daha çox idi. Lakin İkinci Qarabağ savaşında qələbəmizdən sonra bu məsələlər çox arxa plana keçib və onların təsir etmə imkanları xeyli məhdudlaşıb. Amma bu o demək deyil ki, onlar öz prinsiplərindən əl çəkiblər. Din elə bir sahədir ki, xüsusilə, Azərbaycan kimi dövlətlərdə nəzarətdən çıxanda çox böyük fəsadlara yol aça bilər. Hesab edirəm ki, Azərbaycan xüsusi xidmət orqanları radikal dindarlara çox ciddi nəzarət edirlər. Ona görə də burada terror və digər məsələlər baş vermir. Azərbaycandan 950 nəfər İŞİD sıralarında vuruşmaq üçün gedib. Onlardan 400 nəfər həyatını itirib, qalanları itkin düşüb. Hər halda bunlar radikallıqdan geri çəkilməyə müəyyən dərəcədə da təsir edib”.

 

 

Ekspert bu işdə sosial şəbəkələrin mövqeyini də qiymətləndirib:

 

 

“Sosial şəbəkələr xüsusi xidmət orqanları üçün bir meydandır. Burada istiqamətləndirmək, ələ keçirmək mümkündür. Hətta sosial şəbəkə istifadəçisi xəbəri olmadan belə düşmənə xidmət edə bilər. Ona görə də bəzi profilaktik tədbirlərin görülməsi vacibdir. Xüsusilə də Ermənistan xüsusi xidmət orqanlarının azyaşlı qızı ələ keçirib, ideoloji istiqamətdə öz qəhrəmanlarının şəklini Bakıda yaymağa çalışmasındakı məqsəd Azərbaycana ideoloji təsir etmək, qalibiyyətimizə kölgə salmaq və cəmiyyətdə narahatlıq yaratmaq idi. Hər halda Dövlət Təhlükəsizliyi Xidmətinin bu istiqamətdə gördüyü işin daha çox perspektiv əhəmiyyəti var. Özlərini vətənpərvərlikdən, Azərbaycanın problemlərindən, dərdindən, tarixindən uzaq saxlayan ailələr var. Bəzi ailələr bəlkə heç bilmirlər ki, biz Qarabağda ermənilərlərlə müharibə aparmışıq və ermənilər bizimlə düşməndirlər. Yəni bu dərəcədə kosmopolit ailələr də mövcuddur. DTX-nin sonuncu əməliyyatı da çox profilaktik xarakter daşıdı. Yəni bu cür ailələr də başa düşsünlər ki, xüsusilə azyaşlı uşaqları bu istiqamətdə başlı-başına buraxmaq olmaz. Əsas məsələ onların Azərbaycan haqqında məlumatlı olmasıdır. Bu fəaliyyətlər ona görədir ki, gələcək nəsillər düşmən tələsinə düşməsinlər. Hər iki istiqamətdə əməliyyat şəraitinə xüsusi xidmət orqanları nəzarət edir və müəyyən uğurlarımız var”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR