Saat:03:47
Haqqımızda

Azərbaycanda seçki təlaşı: Nazirlərin əl-qolu bağlandı, təyinatlar donduruldu

2024-01-31 10:43:43

Azərbaycanda seçki təlaşı: Nazirlərin əl-qolu bağlandı, təyinatlar donduruldu

Azərbaycan cəmiyyəti 30 ildən bir qədər çox olan müstəqillik dövründə növbəti mühüm siyasi kampaniyada iştirak edir. Fevralın 7-də keçiriləcək prezident seçkiləri bir çox parametrlər üzrə əvvəlki seçkilərdən kəskin şəkildə fərqlənir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin bütün ərazilərini əhatə edən siyasi aksiya gerçəkləşir. 

Hurriyyet.az bildirir ki, 7 fevral prezident seçkiləri növbədənkənar keçirilsə də, əhəmiyyətli nəticələrlə yadda qala bilər. Prezident seçkilərindən sonra ölkənin siyasi həyatında köklü islahatların aparılacağına dair proqnozların ardı-arası kəsilmir. “İslahat dalğası”nın idarəetmədə və digər sahələrdə özünü daha qabarıq şəkildə göstərəcəyi gözlənilir. 

7 fevral seçkilərinin Azərbaycanda konstitusiya islahatlarına yol açacağına dair iddialar var. Bu iddia və ehtimalların özünü hansı formada doğruldacağı yaxın 1-2 ay ərzində bəlli olacaq. Hələlik isə görünən odur ki, gələn həftə gerçəkləşəcək prezident seçkiləri hakim komandada xeyli sayda adamın “yuxusunu qaçırıb”. Sözsüz ki, bu sıraya ilk növbədə mövcud kabinə üzvləri daxildir. Prezident seçkilərindən sonra yeni hökumətin formalaşması qanun tələbi olduğu üçün nazir və komitə sədrlərinin karyeraları ilə bağlı narahatlıq keçirmələri başadüşüləndir. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, seçki gününün yaxınlaşması bir sıra dövlət qurumlarında əməlli-başlı təlaşa səbəb olub. Gələn həftə gerçəkləşəcək hadisə, obrazlı desək, nazirlərin və digər yüksək rütbəli məmurların əl-qolunu bağlayıb. İndi onlar rəhbərlik etdikləri sahələrə aid ciddi qərarlar verməkdən ehtiyatlanırlar. Bu sıraya ilk növbədə təyinatlarla bağlı məsələlər daxildir. Nazirlər və onlarla eyni səlahiyyətlərə malik olan digər vəzifəli şəxslər indi heç kimi işdən çıxarmır, vakant yerlərə işçi götürmürlər. Bu isə bir neçə amillə əlaqəlidir. Əsas səbəb isə odur ki, bu kateqoriyaya daxil olan əksər məmurların yeni hökumətdə təmsil olunub-olunmayacağı sual altındadır. Buna görə də növbəti dəfə yerlərini "bərkitmədən" kimisə incitmək və sevindirmək istəmirlər. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR