Azərbaycanda sayt rəhbəri həbs olundu

2022-12-12 16:08:00

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Kanals.az" internet portalının rəhbəri Ələkbərov Sənan Məmməd oğlu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hurriyyet.az xəbər verir ki, bu haqda hökm Şəki Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Belə ki, "KANALS.AZ" internet portalının təsisçisi və rəhbəri işləmiş Ələkbərov Sənan Məmməd oğlunun qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə təkrarən hədə-qorxu gəlib xeyli miqdarda pulunu hədə-qorxu ilə tələb etməsi barədə Yevlax rayon prokurorluğuna daxil olmuş məlumat əsasında 22 fevral 2022-ci il tarixində Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqının davam etdirilməsi üçün Yevlax Rayon Polis Şöbəsinin İstintaq bölməsinə göndərilib.

Aparılmış istintaqla müəyyən edilib ki, Ələkbərov Sənan Məmməd oğlu Süleymanova Göhər Süleyman qızının rüsvayedici fotoşəkillərini özünə məxsus olan “KANALS.AZ” saytında və həmin adlı “youtube” internet səhifəsində yayacağı və onu işlədiyi işdən çıxartdıracağı hədəsi ilə hədə-qorxu gəlib həmin məqsədlə 2021-ci ilin dekabr ayının ortalarında Göhər Süleymanovanın 1000 (bir min) manat məbləğində pulunu qəsdən hədə-qorxu ilə tələb edib.

Bundan başqa, Ələkbərov Sənan Məmməd oğlu tanışı 29 sentyabr 1981-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Yevlax şəhər 32-ci məhəllə bina 3, mənzil 17 ünvanında yaşayan Rüstəmov Teymur Hüseyn oğlu ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax şəhəri, H.Əliyev prospekti 62-də yerləşən “Zeytun 9 Yevlax” aptekinin satıcısı Misirxanova Esmira Elxan qızının hədə-qorxu ilə tələb etməklə əmlakını ələ keçirmək məqsədilə 06 fevral 2021-ci il tarixdə günorta saatlarında sonuncunun satıcı işlədiyi həmin aptekə gələrək əlində olan “Samsung” markalı mobil telefonun videokamerası ilə gizli çəkiliş aparaq Esmira Misirxanovadan “Amaril 400” adlanan dərman vasitəsini pul ilə aldıqdan sonra həmin çəkdiyi videogörüntüləri Teymur Rüstəmovun mobil telefonuna “WhatsApp” tətbiqi vasitəsilə göndərmiş, Teymur Rüstəmov 07 fevral 2022-ci il tarixdə saat 16 radələrində Misirxanova Esmira Elxan qızının fəaliyyət göstərdiyi “Zeytun 9” aptekinə gələrək onun həmin aptekdə satılması qadağan edilmiş dərman vasitələrinin satışı ilə məşğul olmasını deyərək Sənan Ələkbərovun 06 fevral 2022-ci ildə çəkdiyi videogörüntünü mobil telefonla Esmira Misirxanovaya göstərərək həmin videogörüntünü Sənan Ələkbərovla birlikdə sonuncuya məxsus olan “Kanals.az” internet saytında və həmin adlı youtube internet səhifəsində yayacaqları hədəsi ilə Esmira Misirxanovaya hədə-qorxu gəlib həmin görüntülərin yayımlanmayaraq silinməsi üçün 07 fevral 2022-ci ildə saat 16 radələrində Esmira Misirxanovanın 5000 (beş min) manat məbləğində pulunu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb etmişdir.

Eyni zamanda Ələkbərov Sənan Məmməd oğlu Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəliyində baş məsləhətçi vəzifəsində işləyən Məmmədov Rafiq Yaqub oğlunun xeyli miqdarda pulunu ələ keçirmək məqsədilə özünə məxsus “Kanals.az” youtube internet səhifəsində “mədəniyyətsiz mədəniyyət işçiləri” adı ilə yayımladığı Məmmədov Rafiq Yaqub oğlu ilə aralarında baş vermiş mobil telefon danışığının səsyazısının həmin internet səhifəsindən silinməsi və sonuncunun barəsində Mədəniyyət Nazirliyinə müsbət fikirlər bildirməklə onu işdən çıxartdırmayacağı adı ilə hədə-qorxu gəlib həmin görüntülərin özünə məxsus “Kanals.az” youtube internet səhifəsindən silinməsi üçün 2022-ci ilin fevral ayının ortalarında Rafiq Məmmədovun xeyli miqdarda 15 000 (on beş min) manat pulunu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb edib.

Ələkbərov Sənan Məmməd oğlunun CM-nin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə və Rüstəmov Teymur Hüseyn oğlu isə CM-nin 182.2.1-ci maddəsi ilə nəzərdə tuutlmuş cinayət əməllərini törətməsi istintaq zamanı öz təsdiqini tapdığından onlar həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində tərtib edilmiş ittiham aktı təsdiq edilərək cinayət işi 6.06.2022-ci ildə Şəki Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Şəki Ağır Cinayətlər məhkəməsin 7 dekabr 2022-ci il tarixli hökmü ilə Ələkbərov Sənan Məmməd oğlu CM-nin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə və Rüstəmov Teymur Hüseyn oğlu isə CM-nin 182.2.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər. 

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.156701