Saat:00:47
Haqqımızda

Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA

2024-03-28 15:14:27

Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA

Əhali arasında kommunal xidmətlərin qiymətləri və tarifləri ilə bağlı yetərincə narazılıq var. Xüsusən qaz və işıqla bağlı müəyyən limitlərin tətbiqi bir çox vətəndaşa kommunal ödənişləri ödəməkdə çətinlik yaradır. Cəmiyyətdə etiraz doğuran digər nüans isə təqdim olunan tariflərlə bağlıdır. 

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan kommunal məsələr üzrə ekspert Elçin Bayramlı bildirib ki, ölkədə kommunal xidmətlərin qiymətləri bahadır: 

“Ümumiyyətlə bir ölkədə məhsul və xidmətlərin qiymətləri vətəndaşların gəlir səviyyəsinə adekvat olmalıdır. Bizdə isə kommunal qiymətlər çox bahadır. Nominal məbləğdə götüsək, başqa ölkələrdən ucuzdur. Amma nəzərə alsaq ki, Avropa ölkələrində maaş məbləği bizdən 10 dəfə yüksəkdir, onda məlum olur ki, hesablama prinsipi belə aparılmamalıdır. Bu nisbi aparılmalıdır. Məsələn, minimum maaş 345 manatdırsa, həmin məbləğdən nə qədər su, qaz və işıq ala biləcəyinə baxmaq lazımdır. Belə götürsək, bizdə kommunal xidmətlərin qiymətləri olduqca pik və acınacaqlıdır. Ona görə də qiymətlər təyin edilərkən əhalinin maaş və pensiyaları nəzərə alınmalıdır”. 

Ekspert sayğaclar və qəbzlərdə qeyd olunan məbləğlərlə bağlı da ciddi problemlərin olduğunu diqqətə çatdırıb:

“Sayğaclar vətəndaşın heç bir yoxlama imkanı olmadan quraşdırılır. Bu o deməkdir ki, sayğaca istənilən formada müdaxilə etmək mümkündür. Bəzi binalarda sayğaclar binanın zirzəmisində, qapalı şəraitdə qoyulub. Heç bir halda vətəndaşın onu görmə imkanı yoxdur. Yalnız elektrik idarəsinin nümayəndəsi haçansa gəlib sayğaca baxa bilir. Bəzən də əməkdaşların qəsdən etdiyi hallar olur. Tutaq ki, əməkdaş bilərəkdən sayğacı xarab edir və vətəndaşa cərimə yazılır, yaxud artıq pul almaq üçün hesablayıcılara müdaxilə edir.

Ümumilikdə komunal təsərrüfatların da yanaşması əhalidən haqsız yerə pul almaqdır. Bu sahədə çox sayıda problemlər var. Digər tərəfdən bəzi evlərə kommunal ödənişlərlə bağlı rəqəmlər tam standart vəziyyətdə gəlir. Məsələn, deyək ki, hər hansı bir mənzilə bir-birinin ardınca hər ay 15 manat, 10 manat və ya 12 manat sərfiyyət ödənişi təqdim olunur. Bu nəzəri cəhətdən də mümkün deyil. Çünki mümkün deyil ki, stabil olaraq hər ay hansısa mənzil qəpiyə-qəpik sudan və ya qazdan istifadə etsin. Bu o deməkdir ki, ödəniş məbləğləri standart yazılır. Vətəndaşlar işlətdikləri suyun, qazın, işığın sərfiyyatını istənilən vaxt yoxalaya bilməlidir. Dünyada da sistem belə qurulub. Nəzərə alsaq ki, Azərbaycanda enerji daşıyıcıları yerlidir və çox ucuzdur, lakin bu məhsulları xaricdən alan ölkələrdən daha baha satılır. Ölkənin qaz resursları ola-ola qiymət olduqca bahadır və üstəlik limit də var. Ona görə də bu məsələyə mütləq şəkildə yenidən baxılmalıdır”. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR