Saat:11:07
Haqqımızda

Azərbaycanda rüşvətə görə dekana cinayət işi başlanılıb - RƏSMİ / YENİLƏNİB

2023-02-03 12:19:00

Azərbaycanda rüşvətə görə dekana cinayət işi başlanılıb - RƏSMİ / YENİLƏNİB

Azərbaycanda rüşvətə görə dekana cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tələbələrdən rüşvət alan vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib.

Azərbaycan Dövlət Aqrar Universitetində dekan işləyən Famil Nəsibovun rəhbərlik etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Famil Nəsibovun üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, Famil Nəsibova həmin Məcəllənin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Digər qanunazidd halların müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

*** 2023-01-31 20:26:00

Bu gün axşam saatlarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gəncədə yerləşən Dövlət Aqrar Universitetində əməliyyat keçirib.

Hurriyyet.az-ın bölgə müxbiri xəbər verir ki, universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb.

Məlumata görə, DTX əməkdaşları Famil Nəsibovun katiblərini də saxlayıb.

Qeyd edək ki, əməliyyatın hansı səbəbdən keçirilməsi ilə bağlı heç bir rəsmi məlumat verilmir. Məsələ ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.

AZƏR,

“Hürriyyət qəzeti”nin bölgə müxbiri

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR