Azərbaycanda ruhi xəstələrin sayı niyə artıb?-Psixiatr səbəbləri açıqladı

2022-08-25 00:08:00

Azərbaycanda ruhi xəstələrin sayı niyə artıb?-Psixiatr səbəbləri açıqladı

Azərbaycanda ruhi xəstə sayında ötən illərlə müqayisədə ciddi artım müşahidə olunur. 

Belə ki, əgər 2015-ci ildə ruhi xəstələrin sayı 7764 nəfər idisə, 2022-ci ildə bu rəqəm 14409 nəfər təşkil edib. Beləliklə, rəsmi statistikaya görə ruhi xəstələrin sayı iki dəfə artıb. Mövcud artım müxtəlif amillərlə- sosial problemlər, pandemiya, narkotik vasitələrdən istifadənin artması və s. ilə izah olunur. 

Bəzi psixiatrlar ruhi xəstələrin sayının artmasını sadəcə onların dəqiq qeydiyyatının aparılması ilə əlaqələndirirlər. 

Psixiatr Bəxtiyar Mustafayev Cebhe.info-ya bildirib ki, psixoloji problemlərin əsas yaranma səbəbi kimi biopsixoloji tərəflər götürülür:

“Yəni bioloji olaraq daha çox yayılan depressiyadır ki, ilk üçlükdə yer alır. Bu xəstəliklər hər zaman olub. Onun yaranmasında daha çox sosial təsirlər, psixoloji faktorların rolu var. Ümumilikdə burada faktorlar çoxdur ki, onlardan interneti, sosial şəbəkələri qeyd etmək olar. İndiki dövrdə bizə daha çox müraciət edənlərin arasında depressiv pozuntular, nevrozla bağlı xəstələrin sayı artıb. Son dövrlərdə sosial şəbəkələrin inkişafı, uşaqların internetlə böyüməsinin də təsiri var ki, insanlardan təcrid olunub bütün günü oyun oynayırlar. Bundan başqa, karantin dövründə sosiallaşma olmadı və insanlar bir-birindən uzaq qaldılar. Bunların hamısı depressiyanın yaranmasında əsas rol oynayan faktorlardan biridir”. 

Psixiatr deyir ki, ruhi xəstə kimi əsas şizofreniya nəzərdə tutulsa da, bu xəstəliyin dünyada yayılma həcmi 1 faiz götürülür: 

“Ümumiikdə isə daha çox depressiyalar, panik ataklar artıb. Karantindən sonra əllərini tez-tez yumaq, infeksiya ilə bağlı hər yerə toxuna bilməmək kimi problemlər çoxalıb. Bir çox hallarda əslində adi depressiya, yaxud şizofreniya ilə bağlı qeydiyyata düşmürlər. Çünki istəmirlər ki, bunu kimsə bilsin. Ruhi xəstəliklər deyəndə elə başa düşülməsin ki, təkcə şizofreniya nəzərdə tutulur. Ümumi psixoloji problemlərin hamısı o qrupa aiddir. Yəni ruhi xəstəlik loru dildə “dəli”deyilən şizofreniya deyil. Son dövrlərdə insanarın özü, yaxınları virusa yoluxdu, həyəcan, təşviş keçirdilər. Son vaxtlar gələn pasientlər arasında yaddaş problemi ən çox səslənən şikayətlərdən biridir. Yaxın gələcəkdə yəqin ki, onların başqa fəsadları da ortaya çıxacaq”. 

Psixiatr onu da vurğulayıb ki, son vaxtlar artan intiharlar başqa psixoloji problemlərlə bağlı olsa da, daha çox depressiya ilə əlaqəli olur: 

“Əvvəllər sosial şəbəkələr yox idi, intihar halları televiziyalarda o qədər çox səsləndirilmirdi. İndi saytlar, televiziyalar kim necə intihar edib, hansı üsuldan istifadə edibsə, açıq şəkildə göstərir. Müəyyən bir qrup, daha çox yeniyetmələr fikirlərşir ki, kimsə intihar edibsə, bu, artıq çıxış yoludur və intihara meyil artır. İntiharın necə baş verməsini, xırdalıqlarına qədər sosial şəbəkələrdə paylaşmaq düzgün deyil, əksinə intiharı artırır”. 

 

Nigar Abdullayeva 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.103509