Saat:15:55
Haqqımızda

Azərbaycanda rəhbər şəxs klubdan getdi – SON DƏQİQƏ

2024-02-09 21:44:22

Azərbaycanda rəhbər şəxs klubdan getdi – SON DƏQİQƏ

"İrəvan"ın rəhbərliyində ayrılıq yaşanıb. İdarə heyətinin sədri Zülfüqar Kazımov klubu tərk edib.

Nərimanov rayonunun keçmiş icra başçısı buradan sakit getməyib.

Prezident postunu tutan Zahid Niyazəliyevlə problem yaşayıb. Tərəflər arasında aylarla davam edən fikir ayrılığı sonda Kazımovun I Liqanın debütantı ilə vidalaşmasına səbəb olub.

"İrəvan" aşağı liqanın ən qalmaqallı iştirakçısıdır. Qərbi Azərbaycan İcmasının himayəsi və Z.Kazımovun şəxsi nüfuzu sayəsində AFFA tərəfindən çempionata buraxılan komanda özünün ağır dönəmini yaşayır.

Bir çox iş adamları "İrəvan"a maddi-mənəvi dəstək vəd versə də, klub əsas köməyi elə Kazımovdan görüb.

Eks icra başçısı bir neçə ay ərzində bura öz cibinin pulunu xərcləyib. Gəl ki, Niyazəliyev onunla da yola getməyib. \\SPORTİNFO.AZ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR