Azərbaycanda qiymət dəyişiklikləri ilə bağlı AÇIQLAMA

2022-05-13 14:41:00

Azərbaycanda qiymət dəyişiklikləri ilə bağlı AÇIQLAMA

Dövlət Statistika Komitəsi Azərbaycanda qiymət dəyişiklikləri ilə bağlı yeni məlumatları açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, apreldə illik qiymət artımı rekord səviyyəyə qalxıb. Belə ki, martda 12,1 faiz olan inflyasiya apreldə 13 faizə yüksəlib.

Qiymət artımının güclənməsinə əsas təsiri ərzaq məhsullarının bahalaşması göstərib. Apreldə qida məhsulları 19,1 faiz artaraq yeni qiymət səviyyəsini müəyyənləşdirib.

Yalnız bir ayda qida məhsulları 1,8 faiz, bu ilin yanvar-aprel dövründə isə 17,9 faiz artıb.

Son bir ildə qeyri-ərzaq malları 7,1 faiz, pullu xidmətlər 10,2 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının mart ayındakı göstəricisi (6,6 faiz) ilə müqayisədə apreldə illik bahalaşma sürəti güclənib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya