Azərbaycanda qida yağlarında qiymət artımı dayanmır – SİYAHI

2022-06-30 13:55:00

Azərbaycanda qida yağlarında qiymət artımı dayanmır – SİYAHI

Azərbaycanda qida yağlarında qiymət artımları davam edir və əsasən də duru yağlarda artım daha çox nəzərə çarpır.

Hurriyyet.az rəsmi məlumata istinadən xəbər verir ki, 2022-ci ilin may ayında xaricdən idxal olunub, bazarda satılan günəbaxan yağı aylıq müqayisədə 5.1%, illik müqayisədə isə 34.9% artıb bir litri 5.61 manata yüksəlib. Yerli istehsal günəbaxan yağının qiyməti isə 2.4%, illik müqayisədə isə 30.3% bahalaşıb, litri 4.98 manat olub.

Xaricdən idxal olunan qarğıdalı yağının qiyməti də bahalaşıb. Dövlət Statistika Komitəsi bildirir ki, onların bir litri  6.84 manata satılır. Bu da aylıq 4.3%, illik isə 22.3% bahalaşıb. Lakin onu da bildirməliyik ki, xaricdən idxal olunan qarğıdalı yağlarının böyük hissəsi real olaraq bazarda litri 8 manatdan yuxarı satılmaqdadır. Yerli istehsal olan qarğıdalının bir aydakı qiyməti 1.9%, illik isə 16.2% bahalaşmaqla 6.09 manat/litr təşkil edib.

Kərə yağının qiymət artımında bir qədər soyuma müşahidə edilməkdədir. Məsələn may ayında yerli istehsal kərə yağının bir kq-ı orta ölçüdə 18.38 manat olub, bu da aylıq 0.4%, illik 11% bahalaşmadır. Xarici istehsal olanlar isə aylıq 1.8%, illik 16.2% bahalaşma ilə kiloqramı 19.38 manat olub.

q3243242323234


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054208