Azərbaycanda qəribə olay - İş adamı avtomobilinin içinə sümüklər qoyub, yandırdı - Səbəbi...

2022-06-04 12:15:00

Azərbaycanda qəribə olay - İş adamı avtomobilinin içinə sümüklər qoyub, yandırdı - Səbəbi...

2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

Hurriyyet.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya