Azərbaycanda prokuror faciəli şəkildə öldü
2024-05-07 12:55:24
.jpg)
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində Müşfiq Abdullayev dünyasını dəyişib.
O, Bakı Şəhər Prokurorluğunun şöbə prokuroru olub.
Qeyd edək ki, M.Abdullayev Şəmkir rayonunun icra başçısı Aslan Aslanovun bacısı oğludur.
