Azərbaycanda peyvənd olunanlar 50 faizə çatır
2021-09-27 15:56:00
Azərbaycanda ümumi əhalinin 47 faizi COVID-19-a qarşı peyvənd olunub.
Hurriyyet.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, vaksinasiyadan keçməyən əhali 53 faiz təşkil edir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 8349945 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4713750 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3636195 nəfərdir.