Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir
2022-05-05 16:33:00

“Azərbaycanda pensiya təminatı 2017-ci ildən sərtləşib”.
Hurriyyet.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O qeyd edib ki, Azərbaycanda demoqrafik vəziyyət dəyişib:
“5 və 5-dən çox uşağı olan ailələrin sayı azalıb. Biz artıq çoxuşaqlı ailələr məhfumuna yenidən baxmalıyıq”.
Deputat vurğulayıb ki, son 30 ildə Azərbaycanda pensiya yaşının dəyişdirilməsi elə ciddi dəyişikliklərə məruz qalmayıb:
“30 il ərzində ömür uzunluğu 2 yaş artıb. Azərbaycanda penisya yaşı kişilər üçün 63, qadınlar üçün 60 yaş olmalıdır”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya