Azərbaycanda növbəti bələdiyyə seçkisinin vaxtı təyin edilib
Azərbaycanda növbəti bələdiyyə seçkisi 2025-ci il yanvarın 29-na təyin edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.
Qeyd edək ki, azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bu ərazilərdə bələdiyyə seçkisi keçirilməyəcək. Bələdiyyə seçkisi 118 saylı Ağdam - Xocalı, 120 saylı Cəbrayıl - Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa - Ağdam - Xocavənd, 125 saylı Zəngilan - Qubadlı seçki dairələri istisna olmaqla 118 seçki dairəsində təşkil olunacaq.
Xatırladaq ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, bələdiyyə seçkisi Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq, bələdiyyə seçkisini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçki hər beş ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkisi 2019-cu ildə keçirilib. (Report)