Saat:04:06
Haqqımızda

Azərbaycanda məşqçinin pulunu vermədilər, klub rəhbərliyinə acığı tutdu, boykot etdi

2024-05-02 21:42:03

Azərbaycanda məşqçinin pulunu vermədilər, klub rəhbərliyinə acığı tutdu, boykot etdi

“İərvan”ın baş məşqçisi Nazim Süleymanov klub rəhbərliyini boykot edib.

O, komandanı məşqə çıxarmaqdan boyun qaçırıb.

Ötən ilin yayından bəri Qərbi Azərbaycan təmsilçisinin sükanrı arxasında əyləşmiş mütəxəssisin narazılığının kökündə narazılıq dayanır.

Problem maliyyədən qaynaqlanır. Belə ki, klub rəsmiləri onun qarşısında götürdüyü əsas öhdəliyi yerinə yetirmir. Süleymanov əməkhaqqının tam ödənilməsi üçün dəfələrlə müraciət edib,

Maraq üçün bildirək ki, Nazim bəyin aylıq maaşı 4000 manatdır. Ona hər dəfə bu məbləğin yalnız bir hissəsi verilib və artıq üst-üstə xeyli borc yığılıb qalıb

Süleymanov həmin pulu nə vaxt alacağını soruşub, konkret cavab almayıb.

Bu münasibətdən qıcıqlanan çalışdırıcı evdə oturub gözləməyə üstünlük verib. Süleymanov komandanın ötən oyunlarında texniki zonada əyləşməyi də lazım bilməyib. \\SPORTİNFO.AZ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.289043