Azərbaycanda məhkumlar videogörüş keçirə biləcək

2022-11-18 18:00:00

Azərbaycanda məhkumlar videogörüş keçirə biləcək

Prezident İlham Əliyev Cəzaların İcrası Məcəlləsinə edilən dəyişiklikləri təsdiq edib.

Hurriyyet.az xəbər verir ki, qanuna əsasən, Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib. 

Qanun epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.

Bu Məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçiriləcək. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq.

yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.182326