Saat:15:27
Haqqımızda

Azərbaycanda məhkəmə hakimiyyəti yoxdur, hakimiyyət məhkəməsi var

2022-07-01 16:22:00

Azərbaycanda məhkəmə hakimiyyəti yoxdur, hakimiyyət məhkəməsi var

İlham Aslanoğlunu, Abid Qafarovu qanunsuz mühakimə edən hakimlər cəzalandırılmalıdır

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci fəsli ədalət mühakiməsi əleyhinə olan cinayətlər haqqındadır. Ədalət mühakiməsinin, ibtidai istintaqın keçirilməsinə mane olmaqdan tutmuş, cinayət barədə xəbər verməməyə kimi toplam 22 maddə sözügedən cinayətlər kateqoriyasına aid edilib. Bilərəkdən yalan rəy vermə və yalan rəy verməyə məcbur etmə maddələrini də içinə alan fəsildə məhkəmə hakimlərinin cinayəti də yer alıb.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295-ci maddəsi doğrulayıb  ki, hakimlərin bilə - bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması – BEŞ MİN  MANATDAN SƏKKİZ MİN  MANATADƏK MİQDARDA CƏRİMƏ və ya ÜÇ İLƏDƏK MÜDDƏTƏ AZADLIQDAN MƏHRUM ETMƏ İLƏ (maddə 295.1);  EYNİ ƏMƏLLƏR AZADLIQDAN MƏHRUM ETMƏ BARƏDƏ MƏHKƏMƏNİN ÇIXARDIĞI QANUNSUZ HÖKM İLƏ ƏLAQƏDAR OLDUQDA və ya BAŞQA AĞIR NƏTİCƏLƏRƏ SƏBƏB OLDUQDA – BEŞ İLDƏN SƏKKİZ İLƏDƏK MÜDDƏTƏ AZADLIQDAN MƏHRUM ETMƏ İLƏ CƏZALANDIRILIR. (maddə 295.2). Məhkəmə - məhkəmə olsaydı, qanun ali , hüquq üstün olsaydı, Tərtər soyqırımını həyata keçirən prokurorlar, (həkim) ekspertlər , hakimlər indi cəza müddətinin bitməsinə qalan günləri, ayları illəri sayırdılar. Di gəl, ölkədə məhkəmə hakimiyyəti yoxdur axı, HAKİMİYYƏT MƏHKƏMƏSİ var! Elə bu hakimiyyət məhkəməsi də cinayəti törədənləri yox, açanları hədəf alıb. Hüquq müdafiəçisi İlham Aslanoğlunun “mimika aşağılaması” ekspert rəyi  Yevlax məhkəməsinin hakimi Toğrul Əliyevə “hüquqi əsas” verib ki, ona hökm oxusun. Bəs indi Toğrul Əliyevin özünə kim hökm oxumalıdır? Axı, hakim bilərəkdən qanunsuz hökm çıxarıb! Birincisi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3 maddəsinə görə, cinayət prosesində heç bir sübutun və digər materialın   qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur ;33.4 maddəsinə görə, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi , mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət  verilməsi yolverilməzdir.  

İkincisi, bəyəm insanın üz mimikası sübut növüdür? Belə çıxır, aparıcı ekrana qara maskada çıxmalıdır ki, mimikası bilinməsin? Belə məhkəmə,  belə ekspert, belə hüquq olan yerdə, heç maska da kömək etməz, ekspert rəy verəcək ki, gözləri ilə təhqir edib , gözlüklü olsa görməni yaxşılaşdıran əşyanı cinayət aləti sayacaq, məhkəmə də bunu “hüquqi əsas” kimi qüvvəyə mindirəcək. Gerçəkdə ekspertin özü bilə - bilə yalan rəy verməyə görə və ya yalan rəy verməyə məcbur edilməyə görə, Cinayət Məcəlləsinin 297-ci və ya 299-cu maddələri əsasında məsuliyyətə cəlb edilməlidir.

Abid Qafarova qarşı Xəzər rayon məhkəməsinin hakimi Tərlan Əkbərovun məhkəmə baxışının gedişində, şikayətdən imtina olunmasına baxmayaraq, işi aidiyyatı üzrə göndərməsi qərarı da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295.1 -ci maddəsinə əsasən bilə - bilə ədalətsiz akt qəbul etməkdir.  Hakim, ən azı, beş min manat cərimə olunmalıdır. Əlbəttə, qanun, məcəllə, məhkəmə  (hüquq şurası) şah olarsa! Qanunsuzluğa baxın, olmayan şikayət “aidiyyatı üzə baxılmağa “ göndərilib! Buna dədələrimiz “qaşınmayan yerdən qan çıxarmaq” deyiblər.

Məhkəmə hakimiyyəti, daha düzü, hakimiyyət məhkəməsi təkcə cinayət işlərində yox, mülki, inzibati məhkəmə icraatında da bilərəkdən qanunsuz məhkəmə aktları qəbul etməklə özlərini Cinayət Məcəlləsinin 295-ci maddəsinin “tövsifinə” uğradırlar. Həm DİN-in, həm də Vəkillər Kollegiyasının vəzifəli şəxsi,  vəkili Əlirza Həbilovun etibarnaməsi olmadan “Şəki – Bakı məhkəmə dəhlizləri”ndə hakimlərlə qeyri-prosessual münasibətə girərək, 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoymasından yazmışıq.

Təsəvvür edin, Əlirza Həbilovun keçmiş vəkil həmkarı İlqar Cabbarov Şəki İnzibati-İqtisadi Məhkəməsində hakimlik edən zaman 15.02.2019-cu ildə qərar qəbul etmədiyi, iclası növbəti tarixə təyin etdiyi halda, elektron məhkəmə portalı bunu doğruladığı halda, həmin 15.02.2019 tarixli saxta qərardadla iddianı mümkün saymayıb. Hakimin bilə - bilə ədalətsiz, saxta akt tərtib etməsi ortada olsa da, nəinki hakim İlqar Cabbarova və onu cinayətə təhrik edən DİN-in həm nümayəndəsi, həm vəkili,  həm də Vəkillər Kollegiyasının vəzifəli şəxsi Əlirza Həbilova Cinayət Məcəlləsinin uyğun maddələri ilə cinayət işi qaldırılması təmin olunur, əksinə, Şəki məhkəməsinin saxta qərardadı Konstitusiyadan da, Ali Məhkəmədən də üstün sayılır. Hətta Bakı Apellyasiya Məhkəməsinin ölkədə tanınmayan Dağıstan Respublikasının Yujdaq diplomlu hakimi Xəyalə Cəmilova 15 aydır verməkdən imtina etdiyi qərardadını , Səyyad Kərimov Ali Məhkəmənin “Şəki dövləti” adından çıxardığı qərarını Avropa İnsan Hüquqları Məhkəməsinin “presedenti” ilə əsaslandırıb! (?) Belə çıxır, ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən 6-cı maddə İnsan hüquqları üzrə Konvensiyadan çıxarılıb! ?

...295-ci cinayət maddəsi hələ də “reanimasiyadadır”. “Dirilsə”, hakimlər çəkinib saxta məhkəmə aktları qəbul etməzlər. Qanunların “dirilməsini” isə ölkənin baş hakimi, baş “reanimatoloqu” həyata keçirməlidir “.

Məğrur BƏDƏLSOY

P. S. 01.07.2022-ci ildə “Müdafiə xətti” hüquq müdafiə təşkilatı Məhkəmə Hüquq Şurasının qarşısında cinayət işlərində  məhkəmələrin qapalı keçirilməsinə etiraz piketi sərgiləməyi qərara alıb. Mülki və inzibati məhkəmə işləri isə, ümumiyyətlə keçirilmir, heç qərarlar da verilmir. Nizami məhkəməsi (Ülkər Yusifova , Qumru Əliyeva, Həqiqət Əhmədova ) 15 və 2 aydır “Kapitalbank”ın və Beynəlxalq Bankın Nizami filialına, Baktelekomun Nizami filialına qarşı istehlakçı hüquqlarının müdafiəsi haqqında iddialar üzrə nə iclas təyin edir, nə qərarını verir. Yasamal məhkəməsi (Vahid Hacıyev,  Ayaz Məmmədov) 15 aydır təhsil hüququnun pozulması ilə bağlı BDU-ya qarşı iddianın “bəxtini açmır”. Sabunçu məhkəməsi 3 aydır Sabunçu işıq idarəsinə qarşı istehlakçı hüquqlarının müdafiəsi haqqında iddianı gizlədir. Bakı Apellyasiya Məhkəməsi  (sədrlik edən Xəyal Sarıyev) 3-cü aydır 13.04.2022 tarixli aktını vermir. Bu yuxarı instansiya  (Səadət Bəktaşi, Afaq Nuriyeva və b. ) Qarabağ qazisi Xaliq Abbaszadənin Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin qərarından şikayət üzrə 03.08.2021 tarixli qərarını 11 aydır vermir. Siyahı uzundur, səbrimiz kimi. ..Qarabağ qazilərinin də Məhkəmə Hüquq Şurasının qarşısında etirazına əsas var. Amma hələ pensiya verilməyib, yol ayaqla getməyə uzaq , yolpulu yox. ..

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR