Azərbaycanda məhkəmə hakiminin yeniyetmə oğlu intihara cəhd etdi - DƏHŞƏT...

2022-04-26 17:17:00

Azərbaycanda məhkəmə hakiminin yeniyetmə oğlu intihara cəhd etdi - DƏHŞƏT...

Həyat yoldaşının ölümündə təqsirli bilinən Sabunçu rayon Məhkəməsinin hakimi olmuş Fəqan Əhmədovun azyaşlı uşaqları acınacaqlı vəziyyətdədir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Fəqan Əhmədovun anası Səmayə Əhmədova bildirib.

Səmayə Əhmədova qeyd edib ki, oğlu Fəqan Əhmədov 1998-ci ildə ali hüquq təhsilini başa vurduqdan sonra Səbail rayon Məhkəməsində iclas katibi kimi əmək fəaliyyətinə başlayıb:

“Fəqan Əhmədovun həyat yoldaşı Pərvanə Əhmədova da Ağır Cinayətlər Dair işlər üzrə Məhkəmənin əməkdaşı olub və onlar həmin məhkəmədə işlədikləri dövrdə tanış olaraq, ailə həyatı qurmaq qərarına gəliblər.

Lakin güman etməzdik ki, illər sonra işlədikləri məhkəmədə birinin vəfat etməsi ilə bağlı digərinə 10 il cəza təyin edilməsi ilə əlaqədar cinayət işinə baxılacaq və hökm oxunacaq. Hadisədən sonra cütlüyün birgə nikahından 3 azyaşlı uşaqları qalıb. 2007-ci il təvəllüdlü Rövşən, 2011-ci il təvəllüdlü Rəvan, 2016-cı il təvəllüdlü Səma”.

Həbsdə olan hakim anası qeyd edib ki, Fəqan Əhmədovla həyat yoldaşı arasında ciddi narazılıq və mübahisə olmayıb:

“Hadisə nəticəsində üç azyaşlı uşağın anaları vəfat edib, ataları isə həbs olunub. Ailənin böyük oğlu hadisə nəticəsindən keçirmiş olduğu psixiki gərginliklə bağlı özünə qəsd etmək istəyib. Bu səbəbdən mütəmadi olaraq həkim-psixiatrın nəzarətindədir. Ortancıl uşaq hadisədən sonra özünə qapanıb və heç kimlə ünsiyyət yaratmır. 5 yaşlı kiçik qız isə hadisənin mahiyyətini dərk etməyib”.

Qeyd edək ki, hazırda bu cinayət işinə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılır.

Bu şikayət üzrə növbəti məhkəmə iclası aprelin 28-də keçiriləcək.

Xatırladaq ki, bu il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya