Azərbaycanda kişilərin evlilik yaşı 30 yaşın üzərinə çıxıb – İlk dəfə
2024-09-25 13:09:34
Azərbaycanda rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 30,2-yə, qadınların orta yaş həddi isə 25,2-yə yüksəlib.
Hurriyyet.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, nikaha daxil olan kişilərin orta yaş həddi heç vaxt bu səviyyəyə yüksəlməyib.
Belə ki, daha əvvəl qeydə alınan ən yüksək yaş həddi 30 yaş olub və bu 2020-ci ildə qeydə alınıb.
Qadınlarda isə orta nikah yaşı daha əvvəl – 2020-ci ildə ötənilki səviyyədə olub.
Məlumat üçün bildirək ki, 1991-ci ildə - Azərbaycan müstəqillik əldə etdiyi zaman rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 26,8, qadınların orta yaş həddi isə 23,3 olub.