Azərbaycanda kimlərin pensiyası daha çox olacaq? - Ekspert detalları açıqladı

2022-04-18 22:45:00

Azərbaycanda kimlərin pensiyası daha çox olacaq? - Ekspert detalları açıqladı

"Əmək pensiyaları haqqında” qanuna təklif edilən yeniliklərə əsasən işləyən vətəndaşların pensiyalarının hesablanması qaydasında da dəyişikliklər olacaq.

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, təklif olunan yeni redaktəyə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir:

"Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılımış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında  gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır". 

"Bu dəyişikliklərin mahiyyətini sadə dildə izah etsək, işləyən pensiyaçıların yığımı avtomatik olaraq 6 ildən sonra hesabalanaraq pensiya məbləğinə əlavə olunacaq. Bununla da, pensiyanın yenidən hesablanması onların müraciəti olmadan yenidən hesablanacaq və pensiya məbləği artırılacaq. Pensiya ödəniş müddəti isə 12 il (və ya 144 ay) deyil, işlədiyi ayları sayı qədər, amma ən çox 6 il (və ya 72 ay) azaldılacaq", - deyə millət vəkili əlavə edib.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya