Saat:18:55
Haqqımızda

Azərbaycanda keçiriləcək 3 beynəlxalq tədbir ərəfəsində təxribatlar baş verə bilər

2022-05-20 14:00:00

Azərbaycanda keçiriləcək 3 beynəlxalq tədbir ərəfəsində təxribatlar baş verə bilər

Yaxın günlərdə Azərbaycanda 3 beynəlxalq tədbir - “TEKNOFEST Azərbaycan”, “Formula-1 Azərbaycan Qran Prisi”, “Qlobal Bakı Forumu” keçiriləcək. Təəssüf ki, hər dəfə olduğu kimi, bu il də beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində ölkəmizi beynəlxalq informasiya məkanında neqativ fonda təqdim edən süni gündəm yaratmaq cəhdləri müşahidə olunur. 

Ötən illərə nəzər salsaq, bu kimi süni gündəm yaratmaq cəhdlərini bariz şəkildə görmək mümkündür. Məsələn, 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində paytaxtın Bayıl ərazisində iki binanın sakinlərinin köçürülməsi ilə əlaqədar vətəndaşların mülkiyyət hüququnun pozulması məsələsi süni gündəm olmuşdu. 

2015-ci ildə Bakıda keçirilən “Birinci Avropa Oyunları” zamanı İngiltərənin "Guardian" qazetinin əməkdaşı Owen Gibsona və özünü “Red Pepper” nəşrinin əməkdaşı kimi təqdim edərək saxtakarlıq törədən Emma Hyuza  akkreditasiya verilməməsi də süni gündəm olmuşdu.

"Formula-1 Azərbaycan Qran Prisi" ərəfəsində isə sanki sifariş verilibmiş kimi, itlərə qarşı qəddarlıq hallarının baş verməsi və bu halların videokadrlar şəklində tirajlanması intensiv hal alıb. 

Bu il də bənzər hallarla üzləşə bilərik. Hətta artıq mətbuatda rayonlardan birində itlərin öldürülməsi xəbəri tirajlanmağa başlayıb. Hesab edirəm ki, hər dəfə Formula-1 yarışması ərəfəsində  “heyvanlara qarşı qəddarlıq” mövzusu gündəmə gətirilib və küçələrdə itlərin öldürülməsi haqda məlumatları ictimailəşdirmək ətrafında böyük beynəlxalq kampaniya qurulub.

Süni gündəm yaratmaq cəhdi kimi bir neçə gün əvvəl Bakının mərkəzinə LGBT bayraqları altında aksiyanı da misal göstərmək olar. Bu aksiyadan sonra bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda LGBT hüquqlarının pozulması haqda silsilə bəyanatlarla, xarici mediada isə materiallarla çıxış ediblər.

Hesab edirəm ki, bu il də beynəlxalq tədbirlərin keçirildiyi ərəfədə bu və digər mövzulardan daha aktiv şəkildə istifafə olunacağı ehtimalı böyükdür.

Sfera.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR