Saat:07:23
Haqqımızda

Azərbaycanda işsizlərin sayı açıqlandı

2024-07-15 12:36:39

Azərbaycanda işsizlərin sayı açıqlandı

Bu ilin iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda 284,1 min nəfər işsiz şəxs olub.

Hurriyyet.az xəbər verir ki, yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 6 ay ərzində ölkədə işsizlərin sayı 2,7 min nəfər azalıb.

Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 280,6 min nəfər olub, onlardan 4 milyon 996,5 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.

Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.167443