"Azərbaycanda inflyasiya mütləq artacaq!" - ELMAN VƏLİYEV

2022-12-16 15:29:00

"FED faizi artırınca dolların dəyəri də artır, digər valyutalar isə dollara indeksləndiyi üçün ABŞ valyutasının qalxması ilə çətin vəziyyətdə qalırlar"

"FED yenə uçot dərəcəsini artırdı. Amma bu dəfə nədənsə 0.75 deyil, 0.50 artırdı və nəticədə 4.50%-ə çatdı. Ola bilsin ki, bu, inflyasiyada azalmalar olduğu üçündür. Bundan əvvəl 3 dəfə 0.75 artırmışdı. Birləşmiş Ştatlar inflyasiya ilə üzbəüzdür. İnflyasiyanı 11 dən 7.1-ə qədər endirə bildilər. Kiçik rəqəm kimi görsənə bilər, ancaq bu, Amerika üçün böyükdür". Hurriyyet.az xəbər verir ki, bunu DİA (Dövlət İdarəçilik Akademiyası) Politoloqlar klubunun sədri, siyasi ekspert Elman Vəliyev bildirib. 

Ekspert hesab edir ki, növbəti artım da 0.50 miqdarında olacaq: "Bəlkə də, 5 ya da 6-ya çatanda dayandılar. Bu, həm də kripto valyutalar üçün müsibət bir şeydir. FED faizi artırınca dolların dəyəri də artır. Digər valyutalar dollara indeksləndiyi üçün dolların qalxması ilə çətin vəziyyətdə qalırlar. Xüsusilə də, bütün sektorda dollara bağlı olanlar. Dollarla bərabər qızılın da qiyməti qalxmış olur. Azərbaycan Mərkəzi Bankı faizi sabit saxlayır. Ancaq manatın antidevalvasiyası üçün müəyyən artım olmalıdır. Manat lirəyə nisbətən dollar qarşısında tab gətirə bilir. Çox güman, yenə lirə dəyər itirəcək. İngilis Mərkəzi Bankı ola bilsin faizi artırsın. Bu, ən doğru qərar olar".

Elman Vəliyevin qənaətincə, avrozonaya daxil olanların işi bir az çətin olacaq: "Onlarda fikir ayrılıqları var. Avro dollara nisbətən dəyər itirir. Avropa Mərkəzi Bankı da faizi artırsa, onun üçün daha yaxşı olar. Azərbaycanda da inflyasiya mütləq artacaq!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149584