Saat:11:14
Haqqımızda

Azərbaycanda iki nazir müavini vəzifədən çıxarıldı

2021-11-30 12:00:00

Azərbaycanda iki nazir müavini vəzifədən çıxarıldı

 

Prezidentin sərəncamı ilə onların yerinə xanımlar təyin olundu.

Azərbaycanın gənclər və idman nazirinin iki müavini işdən çıxarılıb.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı noyabrın 29-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Dövlət başçısının digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini təyin olunublar.

Məlumata görə, İndira Hacıyeva Əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışmışdır. Belə ki, 2000-2001 illərdə Bakı şəhər İcra Hakimiyyəti, İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 01.06.2001-01.09.2001 tarixdə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı, 01.09.2001-24.10.2003-ü illər ərzində Uşaqlarla iş şöbəsinin rəisi,   24.10.2003-01.02.2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. 27.02.2006- 19.09.2007-ci il müddətində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi,  01.05.2009-01.01.2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olmuşdur.

01.01.2012-ci il tarixdən nazir müavini təyin olunanadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər nazir müavini vəzifəsinə təyinat alan Mariana Vasileva isə əslən bolqarıstandandır. O, Azərbaycan Gimnastika Federasiyasının İcrayə Komitəsinin üzvüdür.

KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR